Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:17
-
İyunun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.
TQDK-dan APA-ya verilən məlumata görə, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar iyunun 3-dən 11-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq ediblər.
Proqram seçimində martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsindən keçən bakalavrlar iştirak ediblər. Bu hüquqa malik 11488 nəfər proqramını seçərək təsdiqləyib. Onlardan 10018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 5067-i oğlan, 6421-i qızdır.
Bakalavrlardan 10119 nəfərinin Bakıda, 267 nəfərinin Naxçıvanda, 1102 nəfərinin isə Gəncədə imtahan verəcəyi nəzərdə tutulur.
2012-ci ildə 8529 bakalavr imtahanın ikinci mərhələsinə buraxılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG