Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:44

Suriyanın dostları qrupu Suriya üsyançılarına hərbi yardımı dəstəkləyib


Foto arxiv
Foto arxiv
Suriyanın dostları qrupuna daxil olan ölkələrin xarici işlər nazirləri Suriya üsyançılarına hərbi yardımı dəstəkləyiblər.Bu qrupun bu gün Qətərin paytaxtı Dohada keçirilən növbəti toplantısında bəyan edilib.

Qətərin baş naziri Hamad bin Jassim bin Jaber Al Thani bunun Suriyada sülhə nail olmağın yeganə yolu olduğunu bildirib.

ABŞ Dövlət katibi John Kerry isə bunun ölkədə balans yaradılmasında vacib olduğunu bildirib.Amma Kerry qeyd edib ki, Vaşinqton Suriya münaqişəsinin hələ də sülh yolu ilə həllinin və bununla bağlı Cenevrədə beynəlxalq konfrans keçirilməsinin tərəfdarıdır.

BMT-nin məlumatına görə, 2 ildən çoxdur ki, davam edən Suriya münaqişəsində 90 mindən çox adam ölüb.
XS
SM
MD
LG