Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50
Ötən gecə Moskvada “İnsan haqları uğrunda” hərəkatının ofisi zəbt edilib.Təşkilatın rəhbəri Lev Ponomrryov AzadlıqRadiosuna müsahibəsində döyüldüyünü bildirib.O bildirib ki, hecum edənlər özlərini çox kobud aparırdılar və çox güman ki, Federal təhlükəsizlik xidməti və ya meriyanın əməlkdaşları idilər.

Hücum zamanı ofisə 8-10 arası adam soxulub.Əməkdaşlara binanı tərk etmək təklif edilməyib,onların ayaqlarına vuraraq küçəyə atıblar.Həmçinin vəkillərdən heç biri ofisə buraxılmayıb.

Ofis ötən cümə günündən blokadaya alınmışdı. Şəhər rəhbərliyi icarə haqqının bitdiyini deyir.

ABŞ-ın Rusiyadakı səfiri Michael Makhoul Vaşinqtonun məsələdən narahat olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG