Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:17

Toğrul Nərimanbəyovun qızının atasının ölümü ilə bağlı şübhələri var


Toğrul Nərimanbəyov

Toğrul Nərimanbəyov

-
Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunması məsələsinə aydınlıq gətirilsə də, onun torpağa tapşırılması yenidən yubana bilər.

Buna səbəb rəssamın qızı Əsmər Nərimanbəyovanın atasının ölümü ilə bağlı şübhələrinin olmasıdır.

ANS-ə açıqlamasında o, atasının ölüm səbəbi ilə bağlı müəyyən şübhələrinin olduğunu deyib. Buna görə də, o, məhkəmə-tibbi ekspertiza keçirilməsi tələbilə prokurorluğa müraciət edib:

«Xəstəxanada necə öldüyünü bilmək olmur. Onun yoldaşı yanında olub, sonra o, gedəndən 2 saat sonra yerə yıxılıb. Başında hematoma yaranıb. Ona görə biz ölümün necə olduğunu bilmək istəyirik. Epikrizdə çox şeyi bilmək olmur, niyə bu kişi yerə yıxılıb, niyə başında hematoma yaranıb? Xəstəxanada niyə həmin vaxt heç kim olmayıb onun yanında?»

Müraciətə bazar ertəsi baxılacaq.

Toğrul Nərimanbəyov iyunun 2-də 83 yaşında Fransada vəfat edib.

Onun ikinci həyat yoldaşı rəssamın Fransada, qızı isə Azərbaycanda dəfn olunmasını istəyib.

Qızı məhkəməyə müraciət edib. Məhkəmə iyunun 18-də T. Nərimanbəyovun Fransada dəfn olunması barədə qərar çıxarıb. O, hələ də dəfn olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG