Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:59

Daxili İşlər nazirinin gəldiyi Şirvanda polis gücləndirilmiş iş rejiminə keçdi...


Ramil Usubov
Ramil Usubov
-
İyunun 22-də Daxili İşlər naziri Ramil Usubov Şirvan şəhər polis şöbəsində vətəndaşların qəbul edib. Qəbulda Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Saatlı sakinləri və bir neçə məcburi köçkün iştirak edib.

Ramil Usubovun gəlişi ilə əlaqədar Şirvan şəhərində polis gücləndirilmiş iş rejiminə keçib. Sübh çağından başlayaraq Şirvan şəhərinin və ətraf rayonların polis şöbələrinin çoxsaylı əməkdaşları qəbulun keçirildiyi yeri üzük qaşı kimi dövrəyə alıb, yaxınlıqdan keçən yollarda avtomobillərin və piyadaların hərəkəti məhdudlaşdırılıb.

AzadlıqRadiosunun əməkdaşı nəinki polis şöbəsinə, hətta onun həndəvərinə belə buraxılmayıb və fotoçəkiliş aparmağa icazə verilməyib.

Qəbula yalnız əvvəlki günlərdə qeydə alınanlar buraxıldığından, xeyli sayda adam nazirlə görüşə bilməyib.
XS
SM
MD
LG