Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:48

Braziliya prezidenti nümayişçilərlə görüşəcəyini vəd edib


 Dilma Roussef

Dilma Roussef

Braziliya prezidenti Dilma Roussef ölkədə keçirilən etirazlarla bağlı televiziya ilə xalqa müraciə edib.O dinc nümayişlərin demokratik cəmiyyət üçün təbii , zorakılığın isə qəbuledilməz
olduğunu bildirib.

Prezident nümayişçilərin liderləri ilə görüşəcəyini vəd edib.O həmçinin dövlət xidmətləri, xüsusi ilə də təhsil və səhiyyə sahələrinin yaxşılaşdırılması üçün islahatlar aparılacağını vəd edib.

Artıq xeyli vaxtdır ki, ölkədə korrupsiyaya son qoyulması, idman tədbirləri , xüsusi ilə də gələn il ölkədə keçiriləcək futbol üzrə dünya çempinatına biletlərin ucuzlaşdırılması tələbi ilə kütləvi nümayişlər keçirilir.

Təkcə cümə axşamı Baziliada keçirilən nümayişdə milyona yaxın adam iştirak edib.Polislə toqquşmada 2 nəfərin öldüyü, onlarla adamın yaralandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG