Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55

NİDA-çının həbs müddəti 3 ay uzadıldı


-
İyunun 22-də Nəsimi rayon Məhkəməsi NİDA üzvü Üzeyir Məmmədlinin həbs müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul edib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib:

«Hakim Elmar Kərimovun sədrliyi ilə keçən iclasda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin Üzeyir Məmmədlinin həbsinin daha 3 ay uzadılması ilə bağlı təqdimatına baxılıb. Həbs müddətinin uzadılması ilə bağlı prokurorla müstəntiq hər hansı bir əsas gətirə bilmədilər. Elə dedilər uzadılsın, vəssalam».

Üzeyir Məmmədli martın 30-da həbs olunub. O, «qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, satma, saxlama və gəzdirmə»də ittiham olunur.

Eyni ittihamla NİDA Vətəndaş Hərəkatının 7 üzvü həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG