Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:44

ABŞ Honkonqdan Snowdenin verilməsini istəyib


Edward Snowden
Edward Snowden
ABŞ hökumıəti Edward Snowdenə qarşı casusluqla bağlı rəsmi ittiham irəli sürüb və Honkonq hökumətindən onun həbsini xahiş edib.

Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Snowden bu yaxınlarda ABŞ-da gizli telefon və internet müşahidə proqramı olması barədə məlumat yayıb.O dövlət əmlakını oğurlamaq, icazəsiz milli müdafiə sahəsinə aid məlumat ötürmək və qəsdən kənar adamlara məxfi kəşfiyyat məlumatları yaymaqda ittiham olunur.

Bu 3 ittihamın hər birinə görə maksimum 10 il iş gəsilə bilər.

Honkong hökuməti hələlik ABŞ-ın sorğusuna münasibət bildirməyib.

Snowdenin açıqladığı sənədlərdən bəlli olur ki, Milli təhlükəsizlik agentliyi Facebook və Google kimi nəhəng şirkətlərin vasitəsi ilə şəxsi adamlar barədə məlumatlar ala bilir.

ABŞ prezidenti Barack Obama və xüsusi xidmət idarəsi məxfi müşahidə proqramını dəstəkləyib və bildiriblər ki, bu terror hücumların qarşısının alınmasında qanuni və dəyərli vasitədir.

Tənqidçilər isə bunu vətəndaşların şəxsi həyatına müdaxilə,onların konstitusion hüquqlarının pozulması kimi qiymətləndirir.
XS
SM
MD
LG