Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:16

ANS əməkdaşlarına qarşı zor işlətmiş polislər cəzalandırıldı


-
ANS TV-nin əməkdaşlarına qarşı zor işlətmiş polislər intizam məsuliyyətinə cəlb edilib.

Bu barədə ANS məlumat yayıb.

Baş Polis İdarəsindən ANS-ə daxil olan rəsmi məktubda deyilir ki, iyunun 1-də Türkiyə səfirliyinin qarşısında keçirilən icazəsiz aksiya zamanı ANS TV-nin əməkdaşlarına qarşı zor işlətmiş Nəsimi rayon Polis İdarəsinin rəis müavini Mehman Əliyev, 21-ci polis bölməsinin rəisi C.Məmmədov, Post Patrul Xidmət bölüyünün komandir müavini Rüstəm Rüstəmov və 20-ci polis bölməsinin sahə inspektoru Emil Qədimov intizam məsuliyyətinə cəlb olunub.

Mehman Əliyevin «Silahları üstümüzdən çəkin» aksiyası zamanı «Qırmızı gödəkcəli oğlan»ı şillələyən polis olması ehtimal olunur.

İsmayıllıda etirazlar zamanı rayon sakinlərinə qarşı rezin güllə və gözyaşardıcı qazlardan istifadə edilməsinə etiraz olaraq yanvarın 26-da Bakıda «Silahlarınızı üstümüzdən çəkin» aksiya keçirilib.

Aksiyada polisin gəncə əvvəlcə təpik, ardından şillə vurması kameraların obyektivindən yayınmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG