Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:46

Gəncədə Əbülfəz Qarayevdən kimi iş, kimi də yüksək maaş istəyir


Əbülfəz Qarayev Gəncədə
Əbülfəz Qarayev Gəncədə
-
İyunun 21-də Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev Qərb bölgəsindən olan sakinlərin şikayətlərini dinləyib. Qəbula 54 nəfər Gəncə və ətraf rayonlardan olan vətəndaşlar yazılmışdı.
Onların arasında gənclər üstünlük təşkil ediridi. Əksəriyyəti də illərdir ixtisasa uyğun iş tapa bilmədiklərini deyirdilər.
Türkan Həsənova
Türkan Həsənova
Türkan Həsənova:
«Texnologiya Universitetinin Turizim fakultəsini bitirmişəm. İndiyədək müraciət etmişəm, amma deyiblər yer yoxdur. Görək nə olur. Nazirə müraciət edəcəm».
«Əmək haqqları azdır deyə, rayonda kadr çatışmamazlığı var».
Qəbula gələn Daşkəsən rayon Mədəniyyət və Turizm İdarəsinin uşaq şöbəsinin müdiri Pərvanə Əliyeva isə deyir ki, onların sahəsində kadrlar demək olar ki yox vəziyyətindədir:
«Əmək haqqları azdır deyə, rayonda kadr çatışmamazlığı var. Heç kim gəlib işləmək istəmir. Orta əmək haqqı 100- 120 manatdır. Çox azdır. Bəlkə də əmək haqqları qaldırılsa bizim rayona da kadr axını olar».

FƏXRİ AD İSTƏYƏK AKTYOR
Mədəniyyət və Turizm Nazirinin qəbuluna gələnlər arasında Gəncənin tanınmış aktyorları da var. 59 ilini teatr tamaşalarına həsr edən aktyor Məmmədəli Balayev hələ də ona bir fəxri ad verilməsindən giley edir:
Məmmədəli Balayev
Məmmədəli Balayev
​«59 ildir işləmişəm. Nə əməkdar artist adı almışam, nədə xalq artisti adı almışam. Nə də prezident təqaüdü alıram. Nazirə müraciət elədim. Bir şey fikirləşib qərar verəcəyini dedi».
Qəbuldan çıxanların üzü gülürdü. İş istəyən də, ev istəyən də müsbət cavab aldıqlarını deyirdilər.
Keçmiş turizim işçisi Gulağa Abdullayev:
«Evim yoxdur. Xahiş elədim nazirdən, dedi kömək edərik. Sement, qum filan yardım ediləcək».
Qəbula gələnlərdən tək özünün yox, ümumi problemlərdən də danişanlar var idi. Pənah Zeynalov:
«Gədəbəy rayon Slavyanka kənd kitabxanasnda işləyirəm. Gədəbəydə çox qədim tarixi abidələrimiz var. Bizdə Koroğlu qalası, Albanlardan qalmış qız qalası var, onların vəziyyəti bərbaddır. Bərpası ilə bağlı müraciət etdim. Müsbət qarşıladı. Dedi bərpa aparılacaq».
Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev deyir ki, müraciətlərin bəziləri elə yerindəcə həllini tapır, bəziləri isə yaxın vaxtlarda müzakirə edilib həll ediləcək:
«Adların alınmasına gəldikdə, bizim sahədə 70 minə yaxın adam çalışır. Onların hamısına hansısa ad vermək mükün deyil. Zamanla onların içərisindən daha fəal, daha əməkdar olanlar seçiləcək və qiymətləndiriləcək».
XS
SM
MD
LG