Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

İlham Əliyevin Brüssel səfəri


Arxiv foto: prezident İlham Əliyev (sağda) Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə. 13 yanvar 2011

Arxiv foto: prezident İlham Əliyev (sağda) Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə. 13 yanvar 2011

Brüsseldə səsfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının prezidenti Barroso ilə görüşüb. Danışıqlardan sonra onlar jurnalistlərlə görüşüb.

İlham Əliyev: “Mən Avropa Komissiyasına Azərbaycanın demokratik inkişafında , insan haqlarını qorumaqda , siyasi islahatlarda göstərdiyi köməyə, həm siyasi, həm də iqtisadi islahatlara dəstəyə görə minnətdaram.”

Barroso: “Biz prezident Əliyevlə çox açıq və dostcasına müzakirə apardıq”. ”Biz enerji məsələsini müzakirə etdik. Azərbaycan bizim üçün çox mühüm və etibarlı tərəfdaşdır. “

”Biz Cənub Qaz Dəhlizi layihəsində 2011-ci ildən bəri böyük tərəqqi etmişik”. “Qaz kəməri ilk olaraq ildə Avropaya 10 milyard kub metr qaz gətirəcək. Bu, Avropada qazın miqdarına, qiymətlərinə, iqtisadi inkişafa töhfəsini verəcək”.

Barroso:”Ümid edirik ki, Azərbaycanda prezident seçkiləri ən yüksək beynəlxalq standartlar səviyyəsində keçiriləcək.”

“Azadlıqlar, güclü vətəndaş cəmiyyəti uzun müddətli rifahın zəminidir”.

***
Avropa Birliyi Şurasının prezidenti Van Rompuy və Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə görüşdən sonra jurnalistlərə bunları deyiblər.

Van Rompuy: “Cənub Qaz Dəhlizi layihəsində əhəmiyyətli tərəqqi olub. Bu layihə hər iki tərəf üçün həyati strateji layihədir”

Van Rompuy:”Avropa Birliyi ümid edir ki, Azərbaycanda prezident seçkiləri ən yüksək standartlar səviyyəsində keçiriləcək”

Van Rompuy:” Avropa Birliyi hesab edir ki, Cənubi Qafqazda sabitlik Dağlıq Qarabağ problemi ədalətli həll olunmadan mümkün deyil”

İlham Əliyev: “Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq istəyir.”

İlham Əliyev: “Azərbaycan Avropaya yaxın olduqca, inkişafa, demokratik inkişafa bir o qədər çox imkanlar olur. Biz Avropa qurumlarına çox minnətdarıq. Mənim fikrimcə, demokratik inkişafda və insan haqlarında əməkdaşlıq Azərbaycana yüksək beynəlxalq standartlar səviyyəsində siyasi islahatlar həyata geçirməyə imkan verdi”

İlham Əliyev: “Xalqların öz müqəddəratını həll etməsi ölkələrin ərazi bötüvlüyünə zidd olmamalıdır. Ermənistana gəlincə, Ermənistan öz müqəddəratını müəyyən edib. Onların Ermənistan dövləti var. İkinci dəfə, erməni xalqının Azərbaycan ərazisində öz müqəddəratını təyin etməsi yol verilməzdir”

İlham Əliyev: “Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq qanunlar və BMT-nin 4 qətnaməsi əsasında həll olunmasında maraqlıdır. Bu qətnamələr erməni qoşunlarının beynəlxalq aləmin Azərbaycan torpaqları kimi tanıdığı ərazilərdən şərsiz çıxmasını tələb edir”

İlham Əliyev: “Azərbaycan Avropada uzun müddətli qaz bazarı tapacaq. Avropa isə uzun müddətə Azərbaycandan alternativ qaz alacaq, on illərlə.”

***

Azərbaycan prezidenti hazırda Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə görüşür. Görüş haqqında ətraflı məlumatı tezliklə saytımızda izlə.


***

AVROPA ŞURASINDAN ƏDALƏTLİ PREZİDENT SEÇKİSİ ÜMİDİ...

Avropa Şurasının Prezidenti Herman Van Rompuy isə bildirib ki, Azərbaycan prezidenti ilə regional və beynəlxalq təhlükəsizlik, enerji əmnəkdaşlığı, Azərbaycanda demokratik islahatlar və əsas azadlıqların təmin olunması məsələlərini müzakirə ediblər: “Mən Avropa Birliyi prezidentinin demokratiya və müştərək dəyərlərin, xüsusilə də insan haqları və fundamental azadlıqların təmin olunmasında Azərbaycanla uzunmüddətli assosiasiya razılaşması barədə fikirlərini xatırlatdım. Xüsusilə də qarşıdan gələn prezident seçkisini müzakirə etdik. Ümid edirik ki, 2013-cü ilin sonlarına nəzərdə tutulan prezident seçkisi yüksək standartlara uyğun təşkil ediləcək”.

Herman Van Rompuy əlavə edir ki, Şərq Tərəfdaşlığı proqramının icrasında daha çox uğurlar görmək istədiyikləri ifadə edib:

- Mən Avropa Birliyinin Cənubi Qafqazda sabitliyin Qarabağ münaqişəsinin ədalətli həlli olmadan mümkün olmadığını qeyd etdim. Biz bu münaqişənin həllinə dair ATƏT-in Minsk Qrupunun həyata keçirdiyi vasitəçilik missiyasına dəstəyimizi davam etdiririk. Mən Minsk Qrupu ölkələri prezidentlərinin bu həftənin əvvəlində Qarabağ münaqişəsinə dair birgə bəyanatlarına dəstəyimi ifadə etdim.

Avropa Şurasının Prezidenti bildirir ki, Azərbaycan prezidenti ilə Avropanın qaz təchizatına dair Cənub Qaz Dəhlizi layihəsinin icrasını da müzakirə ediblər. Onun fikrincə, Avropa Birliyi ilə Bakı enerji sahəsində əməkdaşlıqda indiyə qədər xeyli uğurlar əldə edib amma görüləsi işlər də hələ çoxdur.


***


ILHAM ƏLİYEV DEMOKRATİK İSLAHARA YARDIM ÜÇÜN TƏŞƏKKÜR EDİR

Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Avropa Şurasının Prezidenti Herman Van Rompuy ilə görüşüb. Görüşdən sonra onlar jurnalistlərə bildiriblər ki, regional təhlükəsizlik və sabitlik, həmçinin enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Prezident İlham Əliyev çıxışında demokratik inkişaf sahəsində dəstəyə görə Avropa qurumlarına təşəkkür edib. O bildirib ki, Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq istəyir və Şərq Tərəfdaşlığı Proqramının fəal üzvüdür: “Avropaya nə qədər yaxın olsaq, inkişafa daha çox imkanımız olar, o cümlədən demokratik inkişaf üçün. Mən Avropa qurumlarına bu sahədə əməkdaşlığına görə təşəkkür edirəm.

Məncə, demokratiyanın inkişafı, insan haqları sahəsindəki əməkdaşlıq ən yüksək beynəlxalq standartlara uyğun siyasi islahatlar həyata keçirməkdə Azərbaycana kömək edir. Sözsüz ki, sizin bu gün söz açdığınız məsələlərr ətrafında da əməkdaşlığı davam etdirəcəyik”.

PREZİDENT BAKININ QARABAĞ ÇŞƏRTLƏRİNİ TƏKRAR EDİR

İlham Əliyev həmçinin deyib ki, Avropa Şurasının prezidenti ilə bugünkü görüşdə regional təhlükəsizlik və sabitlik, münaqişələrin həllini məsələlərini də Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatını yüksək qiymətləndirdklərini və Helsinki prinsiplərinə diqqət çəkilməsindən məmnunluq duyduqlarını deyib.

Prezidentin fikrincə, Helsinki prinsiplərinə görə, millətlərin öz müqəddəratını təyin etmə hüququ dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Çünki, erməni xalqının artıq Ermənistan dövləti var: “Azərbaycan ərazisində erməni xalqının öz müqəddaratını ikinci dəfə təyin etməsi yolverilməzdir.

Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tezliklə həllində və BMT-nin bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasında maraqlıdır, erməni qüvvələrinin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərindən dərhal çıxarılmasını tələb edir” – deyə prezident bildirib.

Prezident İlham əlavə edir ki, onlar enerji təhlükəsizliyi məsələlərini də müzakirə ediblər. Onun fikrincə, TANAP (Trans Anadolu Boru Kəməri -red.) layihəsinin elan edilməsi Cənub Qaz Dəhlizinin icrasına əlavə imkanlar açır. Və yaxınlarda qəbul ediləcək qərarlar bu vacib enerji layihəsinin icrasına gözəl şərait yaradacaq. Layihə həmçinin Avropanın enerji xəritəsini tamamilə dəyişəcək:

- Bu, hər tərəf üçün sərfəli vəziyyətdir. Azərbaycan bununla Avropada uzunmüddətli etibarlı qaz bazarı əldə edir. Avropa isə qarşıdakı onillərlə ərzində Azərbaycandan alternativ qaz mənbəyi əldə edir.

Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin vaxtında icrası sahəsində sıx əməkdaşlıq olduqca həyati əhəmiyyətlidir.



****



Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Brüsselə səfəri başlayıb. Səfər zamanı Əliyev Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso, Genişlənmə və Qonşuluq siyasəti komissarı Stefan Fuele və Avropa Şurasının prezidenti Herman Van Rompuy ilə görüşür.

Görüşlərdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən enerji sahəsində əməkdaşlıq - Cənub Qaz dəhlizi məsələsi və insan haqları sahəsində islahatların müzakirə edilməsi gözlənir.

Prezidentin səfəri barədə məlumatlar burada yenilənir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG