Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:33

Səhiyyə nazirinin Şirvanda səssiz görüşü


Şirvan müalicə, diaqnostika mərkəzi

Şirvan müalicə, diaqnostika mərkəzi

-
İyunun 21-də səhiyyə naziri Oqtay Şirəliyev Şirvan şəhərindəki Müalicə Diaqnostika Mərkəzində Sabirabad, Hacıqabul, Saatlı, Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
İlham Əliyevin Şirvan şəhərinə gözlənilən səfəri ilə əlaqədar tədbirin keçirildiyi yerə gələn bütün avtomobil yolları bağlı olduğundan qəbula gələn, əsasən xəstə və şikəst insanlar xeyli əziyyət çəkməli olub.
Səhiyyə nazirinin qəbulu saat yarım davam edib.
Nazirlə təxminən 10-12 nəfər görüşə bilib. Nazirlə görüşmək imkanı olmayan vətəndaşlar isə deyir ki, nazirlə görüşənlərin əksəriyyəti Şirvan şəhərindəki səhiyyə müəssisələrinin işçiləridilər.
Görüş zamanı nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli yalnız AzTV əməkdaşlarına çəkiliş aparmağa icazə verdiyindən AzadlıqRadiosunun əməkdaşı nazirin qəbulunda çəkiliş apara bilməyib.



XS
SM
MD
LG