Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:33

Milli Şuranın ilk sessiyası keçirilir


-
Ssesiyanı Müsavat başqanı İsa Qəmbər açıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, İsa Qəmbər ssesiyanın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib:

«Gündəlikdə ölkədəki ictimai-siyasi vəziyyət və Milli Şuranın vəzifələri, 2-ci məsələ Milli Şuranın işinin təşkili və üçüncü cari məsələlər müzakirə ediləcək».
AXCP sədri Əli Kərimli seçki öncəsi Şuranın aktivliyinin əhəmiyyətli olduğunu vurğularıb:

«Seçkiyə 4 ay vaxt qaldığı zamanda Milli Şura bölgələrə səfərlər etməlidir, xalqın arasında olmalıdır. Biz düşünürük ki, Milli Şura beynəlxalq təşkilatlarla ciddi işlər aparmalıdır. Şura üçün önəmli məsələlərdən biri də prezident seçkilərində vahid namizədlə çıxış etməkdir».

Milli Şuranın 1-ci sesiyasının 2-ci hissəsində layihə kimi Komissiya və komitərlər təqdim olundu.

Bunlardan 16-sı komitə, 1-i işçi qrupudur.

Sosial siyasət, iqtisadiyyat, hüquq, byenəlxalq əlaqələr, elm və təhsil, mədəniyyət məsələləri, seçki məsələləri üzrə komissiyalar yaradılıb.

Seçki dövründə vahid namizədin öhdəlikləri haqqında sənədin hazırlanması adlı işçi qurupu da yaradılıb. Işçi qrupuna Ənnağı Hacıbəyli rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG