Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:25

Cinayət işi vaxtilə İsa Sadıqovun öz təşəbbüsü ilə qaldırılıbmış


İsa Sadıqov
İsa Sadıqov
-

Respublika prokurorliuğu müdafiə nazirinin sabiq müavini, illərdi mühacirətdə yaşayan İsa Sadıqova qarşı cinayət işinin qaldırılması haqda məlumat yayıb. Media onun saxlanması haqda rəsmi Bakının İnterpola müraciət etdiyini də yazdı. Bununla bağlı İsa Sadıqovla əlaqə saxladıq.


- Isa bəy, xəbər yayılıb ki, Azərbaycan rəsmiləri Sizin adınızı İnterpola veriblər. Adətən belə hallarda ölkələrin sərhəddini keçən şəxslərin müəyyən problemləri yaranır. Belə bir insident yaşanıbmı indiyə qədər?

Bu xəbər tam yalandır, belə bir fakt ola bilməz. Indiyə qədər çoxlu ölkələrdə olmuşam, hələ bir dəfə də belə bir faktla rastlaşmamışam və əminəm ki, bundan sonra da rastlaşmayacağam. Sual olunur ki, indiyə qədər niyə müraciət etmirdilər? Görünür, Milli Şuranın yaranması bunları narahat edib, hakimiyyətlərinin sona çatmasından təşvişə düşüblər. Əslində, İnterpola ad verilirsə, ilk növbədə gərək İlham Əliyev və onun cinayətkar komandasının üzvlərinin adları verilsin.

- Hazırda hardasız?
- Gürcüstandayam.

- Prokurorluq vaxtilə Sizə qarşı açılan cinayət işini 11 ildən sonra yeniləyib. Bununla bağlı şərhiniz nədir? Niyə bu qədər gözləyiblər?

Əslində sözü gedən bu cinayət işi şəxsən mənim təşəbbüsüm ilə qaldırilmışdı. Döyüş şəraitində baş verən bir epizod kimi tam araşdırılandan sonra həmin cinayət işi bağlandı. Sonradan hər dəfə hakimiyyətin ünvanına tənqidlə çıxış edəndə bu işdən mənə qarşı təzyiq kimi istifadə etməyə çalışıblar, amma hər dəfə cəhdləri boşa çıxıb. Axı bu işin içində cinayət olmayıb.

Amma cinayət tərkibi olan o qədər işlər var ki, heç kim araşdırmır. 1993-də dövlət çevrililşi, 6 rayonun verilməsi, 1993-94-cü illərin qış kampaniyasında 5 min əsgərin həlak olması, atəşkəs dövründə minlərlə hərbçilərimizin ölümü, milyardların oğurlanması – bax, əsl cinayətlər budur.

- Milli şuranın yaranmasına münasibətiniz? Vahid namizəd və bu qurumun gələcək prezident seçkilərindəki perspektivlərinə necə baxırsız?

Milli Şuranın yaranmasına sevinirəm. İlk növbədə Rüstəm İbrahimbəyova minnətdarlığımı bildirmək istəyirəm ki, belə bir birliyə nail ola bildi. Uzun illərdi, çalışırlar bizi parçalasınlar, qorxutsunlar – amma alınmadı. Bu xalqın övladları əzilmədi, qorxmadı və özündə güc tapıb birləşdi və tezliklə Vətəni quldurlardan xilas edəcək. Buna heç kimin şübhəsi olmasın.

- Azərbaycana gəlmək planınız varmı, varsa, təxmini vaxt deyə bilərsiz?

Mən Azərbaycana mütləq qayıdacağam, heç kəsin şübhəsi olmasın. Bu mübarizədən çəkinən deyiləm və axıra qədər də gedəcəyəm. Necə ki, 92-də bunlara qarşı sona qədər getdim, yenə də gedəcəyəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG