Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03
-
«Fəaliyyətimizi zorla dayandırıblar, çörəyimizi əlimizdən alıblar», - bunu «Qaynar xətt»ə Masallının keçmiş avtovağzalının sahibi Nurəddin Süleymanov söyləyib. Onun dediyinə görə, bu ilin aprel ayında Masallı avtovağzalında qəflətən əsən «qara yellər» vağzalı xeyli aralıya - rayon bazarının anbarınadək sürüyüb aparıb:

«Bizim avtovağzal 1988-ci ildən fəaliyyət göstərir. 1999-cu ildə kollektivimiz avtovağzalı özəlləşdirmişdi, «Yaxşı yol» firması kimi fəaliyyət göstərirdik. Vağzalımız bütün standartlara cavab verirdi. Buna baxmayaraq, bu il aprelin 9-da avtovağzala Nəqliyyat Nazirliyinin işçiləri gəldilər. Vağzalı tərk etməyimizi tələb etdilər. Mən firmanın rəisi kimi onlara yaxınlaşıb nə baş verdiyini soruşanda, bildirdilər ki, nə sözünüz varsa, gedin Masallı rayon İcra Hakimiyyətinə deyin».

Nurəddin Süleymanovun deməsinə görə, avtovağzala giriş-çıxış yolları bağlanıb, sərnişinlərə elan olunub ki, avtovağzal «Xan Çinar» bazarının anbarında fəaliyyət göstərəcək. Beləliklə də, həmin vaxtdan sərnişinlərə bazarın anbarında «Karvan yolu» firması adından xidmət göstərilməyə başlanıb.

Masallı rayon İcra Hakimiyyətindən bildirdilər ki, Talışxanov küçəsindəki həmin avtovağzalın fəaliyyəti ərazidə aparılan quruculuq, abadlıq işləri ilə əlaqədar dayandırılıb. Avtovağzal küçənin görkəminə xələl gətirdiyi üçün bazar yaxınlığına köçürülüb. «Yaxşı yol» standarta uyğun xidmət göstərmədiyindən avtovağzalın fəaliyyəti başqa şirkətə keçib.

Nurəddin Süleymanov isə qurumla razı deyil. O, 64 sot özəl torpaq sahəsində yerləşmiş keçmiş avtovağzalın fəaliyyətinin standartlara cavab verdiyini deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG