Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:12

MTN saxta pul dövriyyəsinin qarşısını alıb


Foto arxiv
Foto arxiv
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxta pul dövriyyəyə buraxılmasının qarşısı alınıb.

MTN-nin İctimai əlaqələr mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat nəticəsində Azərbaycan vətəndaşı Çingiz Ağasənov cinayət başında yaxalanıb.Məlum olub ki, Çingiz Ağasənov və digər şəxslər satış məqsədilə Türkiyədən ölkəyə saxta valyutalar gətiriblərmiş. Çingiz Ağasənovun Corat qəsəbəsindəki evinə baxış zamanı 137 ədəd saxta 100 ABŞ dolları aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb. Qrupun digər üzvlərin müəyyənləşdirmək üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XS
SM
MD
LG