Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32

“Sosial şəbəkədə son statusunu yazdı və intihar etdi”.


-
Facebook-dan birbaşa şərh yaz

“Sosial şəbəkədə son statusunu yazdı və intihar etdi”.
Bir tərəfdən təxmin etmək olar ki, insanlara ürəiyini boşaltmaq meydanı verməklə onları depressiyadan, ölüm fikrindən yayındıra biləcək virtual bir dünya yaranıb.

Digər tərəfdən isə şəbəkədə gedən müzakirələrdən belə bir təsəvvür yaranır ki, yeniyetmələr və gənclər arasında intiharlar artır.

Biz real vəziyyəti aydınlaşdırmağa çalışırıq.

İnsan faciəsinə gətirən hisslərdə virtual emosiyarın xüsusi çəkisi nədir? Sosial şəbəkələr intihar statistikasına necə təsir edir?
Psixoloq Elnarə Hüseynova:
- İstənilən sosial təbəqədən, cinsdən olan insan intihar edə bilər.
- Bir ailənin sosial durumu aşağı olanda uşağın psixoloji durumuna da təsir edir istər-istəməz.
- Məktəblərdə psixoloqların sayı azdır.
Sosioloq Cavid İmamoğlu:
- Yeniyetmələr arasında intiharın səbəbləri daha çox depressiya, sevgi uğursuzluğudur.
- Bizim cəmiyyətdə intihar hallarının gizlədilməsi halları var.
- İntihar etməmişdən əvvəl insanda müəyyən meyillər özünü göstərir. Əhvalsız olur, depressiv vəziyyətdə olurlar, qəmgin şeirlər, mahnılar paylaşırlar sosial şəbəkələrdə.
- Yeniyetmə və gənclərə həssas yanaşmaq lazımdır. Evdə ata-ana, məktəbdə müəllim qayğıyla yanaşmalıdır.
- İnsan özünü mənəvi cəhətdən boşluqda hiss etdiyi zaman intihara meyilli olur.
XS
SM
MD
LG