Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:08

Naxçıvanın «Araz» klubu peşəkar futbola qayıdır…


Arxiv foto
Arxiv foto
-

Naxçıvanın «Araz» futbol klubu yenidən peşəkar futbola qayıdır. Klubun yeni baş məşqçisi Əsgər Abdullayev «Şərq Qapısı» qəzetinə açıqlamasında bildirib ki, artıq oyunçuların seçilməsi başa çatmaq üzrədir:

«Yeni komanda formalaşdırıldıqdan sonra məşqlərə davam edəcəyik. Növbəti mövsümdən birinci divizionda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. «Araz» ev oyunlarını Naxçıvan şəhərində yerləşən muxtar respublika stadionunda keçirəcək. Əsas hədəfimiz böyük futbolu Naxçıvana qaytarmaq olacaq. Bizə yerli azarkeşləri sevindirmək lazımdır. Klubun əsas heyətinin yerli oyunçulardan təşkil olunmasına isə xüsusi üstünlük verəcəyik».

«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu klubun ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.
XS
SM
MD
LG