Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:37
-

«Ümumdünya Qaçqınlar Günündə beynəlxalq ictimaiyyəti münaqişələrin qarşısını almaq və həll etmək istiqamətində səylərini artırmağa, ailələrin yenidən birləşməsi və qaçqınların evlərinə qayıtmaları üçün sülh və təhlükəsizliyə nail olmağa yardıma çağırıram».

BMT-nin Baş katibi Ban Ki moon-un 20 iyun Ümumdünya Qaçqınlar günü ilə bağlı müraciətində belə deyilir.

BMT-nin baş katibi deyib ki, hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün var. Bu, son 20 ildə müşahidə edilən ən böyük göstəricidir.

Təkcə keçən il hər 45 saniyədə bir nəfər evini tərk etmək məcburiyyətində qalıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatına görə, qaçqınların yarıdan çoxu Əfqanıstan, Somali, İraq, Suriya və Sudanın payına düşür. Qaçqınların yarısı 18 yaşına çatmayan uşaqlardır.

Rəsmi statistikaya görə, 1988-ci ildən 250 min etnik azərbaycanlı Ermənistandan qaçqın düşüb. Sonrakı illərdə 700 minə yaxın azərbaycanlı Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin düşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG