Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:44

137 ədəd saxta 100 ABŞ dolları əsginasları götürülüb


Ölkənin maliyyə-pul sisteminə ciddi təhlükə yaradan saxta ödəniş vasitələrinin qeyri-qanuni tədavülə buraxılmasının qarşısının alındığı bildirilir. Bununla bağlı Azərbaycan vətəndaşı Çingiz Ağasənov cinayət başında yaxalanıb.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin məlumatına görə, Çingiz Ağasənov və qeyriləri satış məqsədi ilə Türkiyə Respublikasında əldə etdikləri külli miqdarda saxta xarici valyutanı satış məqsədi ilə Azərbaycana gətiriblər.

Çingiz Ağasənovun Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evindən 137 ədəd saxta 100 ABŞ dolları əsginasları götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204.3.2-ci (satış məqsədilə külli miqdarda saxta xarici valyuta əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Ağasənov Çingiz Müseyib oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG