Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13
ABŞ dövlət katibi John Kerry Əfqanıstan prezidenti Hamid Karzaiyə telefon açaraq Talibanla mümkün sülh prosesini müzakirə edib.

ABŞ-la Taliban arasında birbaşa danışıqlara qarşı çıxan Karzai dünən ABŞ-ın bu ölkədə gələcək iştirakı ilə bağlı danışıqların dayandırıldığını bəyan edib.

Taliban danışıqlar üçün çərşənbə axşamı Qətərdə Əfqanıstan İslam Əmirliyi adlı rəsmi ofisini açıb.Karzai isə bildirib ki, əgər danışıqlar onun yaratdığı Ali sülh şurası ilə aparılmasa heç bir dialoqda iştirak etməyəcək. ABŞ rəsmiləri artıq yaxın günlərdə danışıqlara başlanacağını bildiriblər.

Talibanın nümayəndəsi Mohammad Naim AzadlıqRadiosuna müsahibəsində Karzai hökuməti ilə danışıqların mümkünlüyünü istisna etməyib və qeyd edib ki, yeni hökumətdə bütün tərəflər təmsil olunmalıdır. Karzai hökuməti ilə konkret danışıqlara gəldikdə isə Naimi Qətərdəki ofisə gələn bütün əfqanlarla dialoqa hazır olduqlarını bildirib.

Talibaqn bundan əvvəl Karzai hökumətini tanımaqdan imtina edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG