Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54

Bakıda yaşayış binasında lift qırılıb, ölən və xəsarət alan var


Bakıda yaşayış binasında lift qırılıb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 20-də Hövsan qəsəbəsi 11/15, ev 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının liftini təmir edən ustalar, 1972-ci il təvəllüdlü Elçin Vələd oğlu Əliyev və 1986-cı il təvəllüdlü Aslan Ziyadxan oğlu İslamov liftin altında qalıblar.

Nəticədə E. Əliyev aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib. Ağır yaralanan A. İslamov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG