Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Baş Prokurorluq 224 min manatlıq korrupsiya faktı aşkarlayıb


Baş Prokurorluq 224 min manatlıq korrupsiya faktı ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakıda fəaliyyət göstərən «Rəvan Sığorta» Açıq Səhmdar Cəmiyyətində çatışmazlıqlar aşkar edib.

«2011-2013-cü illərdə «Rəvan Sığorta» Açıq Səhmdar Cəmiyyətində mühasib və baş mühasib vəzifələrində işləyən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat məbləğində pulu kassaya mədaxil etməyərək mənimsəyib».

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG