Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

Ucarda iki yaşlı uşaq hovuza düşərək boğulub...


Arxiv foto
Arxiv foto

İyunun 19-da Ucarın Qazyan kəndində Hüseynovlar ailəsində bədbəxt hadisə yaşanıb. Ailədə 2 yaşlı Rəcəb hovuza düşərək boğulub. Qohumlarının demələrinə görə, təcili tibbi yardım çağırsalar da o vaxtında yetişməyib. Uşağın nənəsi Gülnar Hüseynova AzadlıqRadiosuna bədbəxt hadisəni belə anladıb:

«Axşam saatlarında 2 yaşlı nəvəm Rəcəbi həyətdə olan hovuzun ətrafında tək oynayan vəziyyətdə qoyaraq, mal-qaranı qaytarmağa getdim. Gedərkən nəvəmi anası Zümrüd Hüseynovaya tapşırdım. Lakin qısa müddətə geri qayıdanda uşağın hovuza düşdüyünü gördüm. Bacarsaydım yəqin bəlkə xilas edə bilərdim. Bacara bilmədim. Bir onu bildim ki, azca ayağını qaldırıb, qarnındakı suyu çıxarmağa çalışdım. Tez qaynım təcili yardıma zəng elədi, təcili yardım gəlib çıxmadı. Təcili maşınla Ucar xəstəxanasına apardıq. Amma yolda vəfat etdi. Həkimlər müayinə etdikləri zaman artıq uşağın yolda ikən keçindiyini təsdiqlədilər».

Ucar rayon xəstəxanasının baş həkiminin müavini Ata Hacıyev:

«Uşaq xəstəxanaya gec çatdırıldığına görə yolda ölüb. Təcili tibbi yardıma zəng vurublar. Təcili tibbi yardım da yola çıxıb. Amma ailə təcili tibbi yardımın hadisə yerinə çatmamış uşağı xəstəxanaya gətirməyə çalışıblar. Yolda da vəfat edib».

Vəfat edən uşaq - Rəcəb Hüseynli iki il idi ana babası İlqar Hüseynovun himayəsində idi. Ailəsindən boşanan Zümrüd Hüseynova tək övladı ilə ata evində yaşayırdı.

Hazırda faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.
XS
SM
MD
LG