Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:29

Bakıda 3 məktəb direktoru işdən çıxarılıb


Bu barədə Təhsil Nazirliyinin saytı məlumat yayıb. Bildirilir ki, araşdırmalar nəticəsində Bakının üç təhsil müəssisəsində ciddi faktlar aşkarlanıb və müvafiq tədbirlər görülüb.

Belə ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbin direktoru V. Məcidovanın fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər daxil olub, uşaqların I sinfə qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb. Hazırda qeyd olunan təhsil müəssisəsində aparılan araşdırmalar davam etdirilir.

Valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin direktoru K. Hacıyev və 11 nömrəli xüsusi internat məktəbin direktoru M. Cəfərova uşaqların sosial-məişət qayğılarına biganə münasibətlərinə, işə məsuliyyətsiz yanaşdıqlarına, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə təhsil nazirinin müvafiq əmri ilə tutduqları vəzifədən azad ediliblər.

Təhsil Nazirliyi bildirir ki, gələcəkdə işdə ciddi nöqsanlara yol vermiş şəxslərin yalnız intizam deyil, qanunvericiliklə nəzərdə tutulmuş hallarda inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər həyata keçiriləcək.
XS
SM
MD
LG