Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:00

İsa Qəmbər də Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə edir


Mətbuat icmalı
Mətbuat icmalı
-

İSA QƏMBƏR MÜSAVATIN VAHİD NAMİZƏDİNİN ADINI AÇIQLADI

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Milli Şuranın 2 illik keçid dövrü üçün vahid namizədi olmaq fikri yoxdur. Bu haqda «Yeni Müsavat» qəzeti yazır.

İsa Qəmbər deyib ki, «mən prezidentliyə vahid namizəd olmağımla bağlı təklif verməmişəm. Demokratik Qüvvələrin Milli Şurası partiya üzvü olmayan ziyalılarımızdan birinin 2 illik keçid dövrü üçün vahid namizəd kimi irəli sürülməsi konsepsiyası əsasında yaranıb. Müsavat Partiyasının da bu meyarlara cavab verən prioritet namizədi Rüstəm İbrahimbəyovdur. Hazırda bu məsələ müzakirə mərhələsindədir.

İsa Qəmbər deyib ki, «təsis bəyannaməsində 2 illik keçid dövrü hökuməti ilə bağlı kifayət qədər ciddi müddəalar var. Eyni zamanda bu, bir bəyannamədir. İndiki mərhələdə ciddi sənədə ehtiyac var, bu sənədin layihəsi hazırlanmalıdır. İyunun 18-də Eldar Namazov və Əli Kərimli ilə işçi görüşümüzdə digər məsələlərlə yanaşı bu istiqamətdə də fikir mübadiləsi olub».

ƏLİ İNSANOVDAN MİLLİ ŞURAYA DƏSTƏK

«Milli Şuranın yaradılmasını alqışlayıram. Bunu demokratiya uğrunda mübarizədə görüləcək işlərin başlanğıcı və çox mühüm mərhələsi hesab edirəm. Bu prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birlikdə uğurlar arzu edirəm».

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun bu mesajını «Azadlıq» qəzetinə onun vəkili Toğrul Babayev çatdırıb.

Vəkilin sözlərinə görə, sabiq nazir hakimiyyətlə hansısa sövdələşmə nəticəsində azadlığa çıxacağı haqda söz-söhbətə də münasibət bildirib: «Azadlığa çıxacağım haqda ara-sıra mətbuatda çıxan şayiələrin heç bir əsası yoxdur. Mən hökumətlə danışıqlar aparmıram. Heç bir sövdələşmə yoxdur və ola da bilməz».

Vəkil deyib ki, Avropa Məhkəməsinin Əli İnsanovun barəsində çıxardığı qərar iyunun 14-də qüvvəyə minib. Prosedur qaydalara görə, qərar qüvvəyə minəndən sonra üç ay ərzində hökumət onu icra etməlidir. Qərarın icrasına isə Avropa Məhkəməsinin müəyyən etdiyi kompensasiyanın ödənilməsi ilə yanaşı, həm də pozuntu aşkarlanmış məhkəmə qərarlarına yenidən baxılması, bu cür halların təkrarlanmaması üçün ümumi xarakterli tədbirlərin görülməsi də daxildir.

MİLLİ ŞURA BİR DƏRNƏKDİR, ONU TƏŞKİLAT HESAB ETMƏK OLMAZ

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun bu fikirlərini «Yeni Azərbaycan» qəzeti dərc edib.

Siyavuş Novruzov deyib ki, «hər təşkilatdan, partiyadan üç-dörd nəfər «Milli şura»da toplaşıb guya hansısa milli dəyərlərin, millətin maraqlarının müdafiəsinə çalışır: «Bu adamların öz siyasi partiyalarında hörmətləri olmadığına görə, onlar başqa-başqa təşkilatlarda öz namizədliklərini irəli sürmək istəyirlər. Bu da təbii ki, mümkün olan məsələ deyil. Çünki orada vahid namizəd məsələsi olmayacaq. Həmin təşkilatda olan insanlar özlərinə o qədər iddialıdırlar ki, onlara heç bir etimad da yoxdur. Onlar bir ilin içində bir neçə ad dəyişib, ayrı-ayrı təşkilatlar yaradıblar, hərəsinin də ömrü iki ay sürüb və heç bir effekt verməyib».

Rüstəm İbrahimbəyovun vahid namizəd olacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Siyavuş Novruzov bildirib ki, Rüstəm İbrahimbəyov heç bir saat da olsun siyasətlə məşğul olmayıb: «Bu insan olsa-olsa ancaq rejissor, ssenarist ola bilər. O, nə dövlət xadimi, nə idarəçi, nə siyasi partiya rəhbəri olmayıb və bundan sonra da olmayacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG