Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:19
-
Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə 2-ci katibi Andrew Harvey və Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşı Michael Fenn Naxçıvanda səfərdədirlər.

İyunun 19-da xarici diplomatlar yerli hüquq müdafiəçiləri və bəzi siyasi partiyaların yerli nümayəndələri ilə görüşüblər.

Müsavat Partiyası Naxçıvan MR Təşkilatının sədri Sabir Vəliyevin məlumatına görə, AXCP, BAXCP və Ümid Partiyası nümayəndələrinin də iştirak etdiyi görüşdə əsasən qarşıdan gələn prezident seçkisi müzakirə olunub. Onun dediyinə görə, Naxçıvandakı insan haqları və digər məsələlər də müzakirə mövzusu olub.

Britaniyalı diplomatlar həmçinin Naxçıvan Xarici İşlər İdarəsində və Naxçıvan Dövlət Universitetində də görüşlər keçiriblər.
XS
SM
MD
LG