Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14
-
Azərbaycan Hərbi Prokurorluğu bildirir ki, hazırda mühacirətdə yaşayan, müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri İsa Sadıqovla bağlı cinayət işi yenilənib.

Hərbi Prokurorluqdan AzadlıqRadiosuna bildirilib ki, onun haqqında Cinayət Məcəlləsinin 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması aparılır.

Məlumatda deyilir ki, bununla bağlı 1993-cü il fevralından Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən fakt üzrə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin 255-ci maddəsinin «V» bəndi ilə cinayət işi başlanıb və istintaq aparılıb. 2001-ci ildə həmin cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar çıxarılıb. Ancaq 11 il sonra – 2012-ci ilin aprelində həmin qərar təzələnib və Cinayət Məcəlləsinin 341.3-cü maddəsinə tövsüf edilib.

Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Mətbuatda İsa Sadıqovun beynəlxalqa axtarışa verilməsi haqda məlumatlar dolaşır. Ancaq Hərbi Prokurorluqdan bu məlumatı nə təkzib, nə də təsdiq etdilər.

Ali Məhkəmənin Hərbi Kollegiyası 1996-cı ildə onu Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

2001-ci ildə isə İsa Sadıqov mühacirətə yollanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG