Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:27

Barack Obama Berlindəki Brandenburq qapılarında çıxış elədi


Barack Obama
Barack Obama
“Bir çox ölkələr insan haqları barədə deklarasiya imzalayıblar. Totalitar rejimdən demokratik rejimə keçiblər.İndi divar, tikanlı məftillər, tanklar yoxdur və bunlar arxada qaldı”.

Bunu ABŞ prezidenti Barack Obama bu gün Berlindəki Brandenburq qapılarında çıxışında deyib.

Amma Obama qeyd edib ki, nə qədər ki, nüvə silahı mövcuddur biz təhlükəsiz deyilik.O strateji nüvə başlıqlarının 1/3-nin ixtisarına çalışacağını və bu sahədə Rusiya ilə qarşılıqlı əməkdaşlıq edəcəyini vəd edib. Obama həmçinin NATO ilə birlikdə Avropa və dünyada taktiki silahların ixtisarına çalışacağını bildirib.

ABŞ prezidenti qlobal iqlim dəyişikliyinə də toxunub, bunun beynəlxalq , bütün dünyanın problemi olduğunu bildirib: “Bunu təklikdə həll etmək mümkün deyil. İqlim dəyişikliyi müasir dünya üçün qlobal təhlükədir. Faciəvi dəyişikliyin baş verməməsi üçün bütün mümkün imkanlara əl atmalıyıq”.

Barack Obama yoxsul ölkələrə yardım məsələsinə də toxunub, bu ölkələrdə epidemiya və xəstəliklərələ mübarizə aparmaq, habelə onların məhsul becərməsinə kömək etməyin vacibliyini qeyd edib. Amma o qeyd edib ki, bu sadəcə xeyriyyəçilik və pul yardımı kimi olmamalı, onlara istehsal imkanı yaratmalıdır.

ABŞ prezidenti daha sonra deyib: “ABŞ 10- ildən çoxdur ki, müharibə vəziyyətindədir. biz terror şəbəkələrini məhv edə bilərik , amma onların mənbəi məhv edilməyincə təhlükə qalacaq. Biz Əfqanıstanda sülhə kömək etməliyik. Bin laden artıq yoxdur, Əfqanıstan müharibəsi yekunlaşmaq üzrədir. Müharibə təhlükəsində olan heç bir ölkə azad ola bilməz.

Sonda o Quantanama həbsxanasının bağlanacağını və mülki sakinlər arsasında itkiyə yol verilməməsi üçün pilotsuz təyyarələrin keçirdiyi əməliyyatların ciddi nəzarətə götürüləcəyini vəd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG