Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:02

Somalidə BMT-nin ofisinə hücum edilib


Foto arxiv
Foto arxiv
Somalinin paytaxtı Maqadişoda BMT-nin nümayəndəliyinin yerləşdiyi kompleksə hücum edilib.Nəticədə təşkilatın 3 xarici əməkdaşı və iki keşikçi həlak olub.

Polisin məlumatına görə, intiharçı özünü ofisin qapısı ağzında partladıb və bundan sonra binaya daxil olan yaraqlılar atəş açmağa başlayıblar.

Hücuma görə cavabdehliyi Əl Qaidə ilə əlbir olan Aş Şabab qrupu üzərinə götürüb.

Bu kompleks şəhərdəki hava limanının yaxınlığında yerləşir. Kompleks həmçinin Afrika ölkələrindən olan sülhməramlı qüvvələrin bazası hesab olunur.
XS
SM
MD
LG