Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:43

ABŞ prezidentləri mühüm bəyanata Berlini seçir


Reagan Berlində
Reagan Berlində

ABŞ prezidentlərti John Kennedy və Ronald Reagan Soyuq Müharibənin ən mühüm çıxışlarını məhz Berlində ediblər.
İndi Berlində çıxış edən Barack Obama özündən əvvəlki ABŞ prezidentlərinin yolu ilə gedir.

Reaganın 1987-ci il iyunun 12-dəki Berlin çıxışında məqsədi sovet lideri Qorbaçovu məcbur etmək idi ki, Berlin divarını söksün. Reagan tələb etdi ki, Berlin divarı sökülsün və bununla Qorbaçov dediklərinin boş söz olmadığını sübut etsin.
Eyni vaxtda Reagan Soyuq Müharibədə güclü silahlanmaya Vaşinqtonun hazır olduğunu bildirdi.

KİM-KİMİ BASDIRDI

Reagan: “Keçmiş sovet lideri Xruşşov deyirdi ki, “biz sizi basdırcağıq”. Ancaq biz Qərbdə indi görürük ki, azad dünya insan tarixində görünməmiş firavanlığa nail olub. Kommunist dünyasında isə uğursuzluğu, texnoloji geriliyi, səhiyyə standartlarının enişini, hətta ən adi ərzağın azlığını görürük”

Reagan: “Bu gün Sovet İttifaqı özü-özünü yedirdə bilmir. Bu 40 ildən sonra dünya bir böyük və qaçqılmaz nəticəyə gəlir: azadlıq firvanlığa aparır. Azadlıq qələbədir”

Reagan: “Sovet İttifaqı sülh və azadlığa dramatik kömək edə bilər. Cənab Qorbaçov, əgər siz Sovet İttifaqına, Şərqi Avropaya sülh və azadlıq istəyirsinizsə, bu qapıya gəlin və bu qapını açın. Bu divarı dağıdın”.

Reagan daha sonra silahlanmaya keçir: “Silahların ixtisarını aparmaqla yanaşı, mən söz vermişəm ki, Sovet təcavüzünü saxlamağa lazım olan qədər silahımız olacaq. Biz öz tərəfdaşlarımızla Strateji Müdafiə Təşəbbüsünü reallaşdırırıq. Bu həqiqi müdafiədir. Qısa desək, bu, əhalini hədəf almır, əhalini müdafiə edir”.

John F. Kennedy Berlində
John F. Kennedy Berlində

Reagandan 24 il qabaq Berlində John Kennedy çıxış edirdi. O, Berlin divarı tikiləndən 22 ay sonra Qərb dünyasının qərbi berlinlilərə dəstəyini göstərmək istəyirdi.

26 iyun 1963 –cü il. Berlin.
Kennedy: “Dünyada çox adam doğrudan da başa düşmür ki, azad dünya ilə kommunizm arasında olan məsələ nədir.
Qoy onlar Berlinə gəlsin”

Kennedy: “Bəziləri deyir ki, kommunizm bəşəriyyətin gələcəyidir. Qoy onlar Berlinə gəlsin”

Kennedy: “Bəziləri deyir ki, kommunizm hərçənd iblis sistemidir, ancaq o, iqtisadi inkişafa imkan verir. Qoy onlar Berlinə gəlsin”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG