Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:44

Azərbaycanın XİN-yi həmsədr ölkələrin bəyanatına münasibət bildirib


Elman Abdullayev

Elman Abdullayev

“Həmsədrlər əməli mövqe tutmaq üçün Ermənistana təzyiq göstərməlidilər”. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Minsk qrupuna həmsədrlik edən ölkə liderlərinin Dağlıq Qarabağla bağlı son bəyanatına münasibət bildirərkən deyib: “Biz hər zaman deyirdik ki, Azərbaycanın mövqeyi həmsədr ölkələrin mövqeyi ilə üst-üstə düşür. Dəfələrlə bəyan etmişik ki, mövcud status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu məqam həmsədr ölkələrin son 4 ildə verdikləri bəyanatlarda da əksini tapıb”.

Elman Abdullayev qeyd edib ki, gələcəkdə sülhün bərqərar olduğu bir bölgə yaratmaq istənilirsə, Ermənistan işğal siyasətinə son qoymalıdır. “Ermənistanın bugünkü siyasəti bölgədəki vəziyyəti təhlükə altında qoyur və belə təsəvvür yaranır ki, bu ölkə status-kvonu qorumaq üçün hər şeyi edir”.

O daha sonra bildirib ki, Azərbaycan dəfələrlə münaqişənin həllinə dair yol xəritəsi təqdim edib, amma təəssüf ki, Ermənistan Azərbaycanın bütün təklifləri, hətta həmsədrlərin yenilənmiş Madrid prinsiplərinə dair təkliflərini rədd edir və buna görə də 2009-cu ildən bəri iki ölkə prezidentlərinin görüşlərində irəliləyiş olmur.

E. Abdullayev sonda bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri erməni tərəfinin konstruktiv mövqe tutması üçün bu ölkəyə təzyiq göstərməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG