Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:39
Əfqanıstan prezidenti Hamid Karzai ABŞ-la təhlükəsizlik müqaviləsi imzalanması ilə bağlı danışıqları dayandırıb.

Bu sənəd koalisiya qüvvələri gələn il Əfqanıstanı tərk etdikdən sonra ABŞ-ın bu ölkədə iştirakının şərtlərini müəyyən etməlidir.Karzainin nümayəndəsi bildirib ki, ABŞ-ın Talibanla sülh danışıqları barədə verdiyi bəyanatlarla hərəkətlkəri üst-üstə düşmür.

Taliban dünən Qətərdə ilk rəsmi ofisini açıb. ABŞ və Taliban sülh danışıqlarına hazır olduqlarını bəyan ediblər. Amma Talibanın nümayəndəsi Məhəmməd Şahin Karzai hökuməti ilə danışıqlara getmək fikrində olmadıqlarını bildirib.O həmçinin atəşkəs olmadığını və hücumların danışıqlarla yanaşı davam edəcəyini bildirib.

Taliban dünən Baqramdakı hərbi bazaya edilmiş hücuma görə cavabdehliyi üzərinə götürüb. Hücum nəticəsində 4 ABŞ əsgəri ölüb.Yaraqlılar bazaya 2 raket buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG