Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:50

Əbülfəs Qarayev: «Biz Toğrul Nərimanbəyovun başqa bir dövlətdə dəfn olunması ilə razılaşmalıyıq»


Əbülfəs Qarayev

Əbülfəs Qarayev

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq rəssamı Toğrul Nərimanbəyovun dəfni ətrafında yaranmış qalmaqala münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir Azərbaycanın Toğrul Nərimanbəyovun meyitinin gətirilməsi istiqamətində iş apardığını bildirib.

Əbülfəs Qarayevin sözlərinə görə, Nərimanbəyov Azərbaycan mədəniyyətinin, xalqının bir hissəsi, rəngkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir: «Biz onu sözsüz ki, Azərbaycana gətirib hörmət və izzətlə dəfn etmək istəyirik. Lakin burda başqa amil ortaya çıxır. Fransa Respublikasının qanunvericiliyi ailə münasibətləri daxilində xanımı və yetkinlik yaşına çatmayan övladının mövqeyini nəzərə alaraq, rəssamın bu ölkədə dəfn olunması barədə qərar çıxarıb. Xanımının iddiası onu mütəmadi ziyarət etmək istəyi ilə izah olunur. Biz isə xalq, millət, dövlət olaraq Toğrul Nərimanbəyovun başqa bir dövlətdə dəfn olunması ilə razılaşmalıyıq. Amma proses hələ davam edir».

SSRİ və Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü Toğrul Nərimanbəyov iyunun 2-də 83 yaşında vəfat edib.

Onun ikinci həyat yoldaşı rəssamın Fransada dəfn olunmasında israr edir, qızı isə buna qarşı çıxır və atasının Azərbaycanda dəfn olunmasını istəyir. Əsmər Nərimanbəyova bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmə isə iyunun 18-də T. Nərimanbəyovun Fransada dəfn olunması barədə qərar çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG