Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:27

Ağsu aşırımında 28 çökmə sahəsi var


«Ağsu aşırımında 28 çökmə sahəsi mövcuddur. Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

Onun sözlərinə görə, Şamaxı-Ağsu yolunda mütəmadi çökmə hadisələri baş verir. Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşıb.

Ekspedisiya rəisinin sözlərinə görə, Ağsu aşırımının 103 km-109 km əraziləri isə («Acıdərə» ərazisi) sürüşməyə məruz qalan ərazilərdir:

«Orada daimi müayinələr aparılır. Atmosfer çöküntülərinin miqdarı həddindən artıq olduqda isə, plandankənar müayinələr də təşkil edilir».

B. Qaralov həmçinin deyib ki, Ekspedisiyanın ötən həftə Azərbaycanın şimal rayonlarında başladığı monitorinqlər sabah başa çatacaq. Monitorinqlər Quba, Qusar və Xızı rayonları ərazisində aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG