Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:52

Dünyada 45 milyondan artıq qaçqın və məcburi köçkün var


Əfqanıstanın Host əyalətindəki qaçqın düşərgəsində dərs

Əfqanıstanın Host əyalətindəki qaçqın düşərgəsində dərs

-

Son 18 ildə öz yurdlarından zorla didərgin salınan insanların sayı ən yüksək həddə - 45,2 milyona çatıb. Bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqladığı illik hesabatda deyilir.

Bildirilir ki, bu say Suriya, Mali və digər ərazilərdə gedən münaqişələrlə əlaqədar artıb.

Hesabatda qeyd olunur ki, hər 4 saniyədə bir adam öz yurdunu tərk etməli olub, ötən il ümumilikdə dünya üzrə 7,6 milyon insan köçkün düşüb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəsmisi Antonio Guterres bildirib ki, qaçqın və məcburi köçkünlərin 55 faizi Əfqanıstan, Somali, İraq, Sudan və Suriyanın payına düşür.

Dünyada hər 4 qaçqından biri isə əfqandır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG