Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:22

Taliban Qətərdə ilk rəsmi ofisini açıb


Foto arxiv
Foto arxiv
ABŞ rəsmiləri Əfqanıstan müharibəsinə son qoymaq üçün yaxın bir neçə gündə Talibanla danışıqlara gedəcəklərini bəyan ediblər. Bəyanat Talibanın Qətərdə ilk rəsmi ofisini açması və Əfqanıstan hökuməti ilə danışıqlara hazır olduğunu bəyan etməsindən dərhal sonra verilib.

Əfqanıstan prezidenti Hamid Karzai də bu gün Talibanla dialoqa hazır olduqlarını və Qətərə nümayəndə heyəti göndəriləcəyini bildirib. Amma o qeyd edib ki, danışıqlar tezliklə Əfqanıstana keçirilməlidir.
XS
SM
MD
LG