Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:42

Beynəlxalq təşkilatlar Karzainin təyinatlarından narahatdır


Navi Pillay
Navi Pillay
Human Rights Watch və BMT-nin insan haqları üzrə idarəsi Əfqanıstan prezidenti Hamid Karzainin insan haqları üzrə müstəqil komisiyaya son təyinatlarından narahatlıq bildiriblər.

BMT-nin insan haqları idarəsinin rəhbəri Navi Pillay əməkdaşlarına bu məsələnin araşdırılması və bunun beynəlxalq normalara uyğun olub-olmamasının araşdırılmasını göstəriş verib. Əfqanıstan qanunlarında bu cür təyinatların şəffaf olması nəzərdə tutulur.

Human Rights Watch təşkilatı isə Karzainin təyin etdiyi yeni üzvlərdən bəzilərinin bu sahədə lazımınca təcrübəsi olmadığını bəyan edib.
XS
SM
MD
LG