Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:07

«Azad Seçki -2013»: Seçkiyə inamsızlıq artır [Video]


-
«Azad Seçki -2013» İctimai Dəstək Qrupunda birləşən qeyri-hökumət təşkilatları son beş ayda ölkədə siyasi azadlıqların məhdudlaşdırılmasından, ictimai fəallar və siyasi qruplara qarşı təzyiqlərin artmasından narahatlığını bildirib.

Qrup iyunun 18-də keçirilən toplantısında prezident seçkilərinin azad və ədalətli qaydada baş tutacağına inamsızlığın artdığını və Azərbaycan hakimiyyətinin 2013-cü il prezident seçkilərini siyasi plüralizm, bərabər siyasi imkanlar, şəffaf və ədalətli şəraitdə keçirməyə hazırlıq nümayiş etdirmədiyini vurğulayıb.

SEÇKİ İLİ HƏBSLƏRLƏ BAŞLADI

Dəstək qrupunda təmsil olunan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikrincə, əvvəlki seçki illəri dialoqla, qanunvericiliyə dəyişikliklərin müzakirəsi ilə başlasa da, bu il hər hansı dialoqdan, qarşılıqlı müzakirələrdən söhbət getmir və daha pisi, həbslər baş alıb gedir:

«Gənclərdən ibarət qrupları da koordinasiya prosesinə cəlb etmək istəyirdik. Amma bir çox belə qrupun lideri indi həbsdədir. İyun ayıdır, prezidentliyə potensial namizədlərin sayı bəlli deyil. Beynəlxalq təşkilatların seçkilərlə bağlı proqramları da dəqiq bilinmir. Elə təsəvvür yaranır ki, Avropa Şurasının Venesiya Komissiyası da, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da sanki bu prosesdən təcrid olunub».

Anar Məmmədli

Anar Məmmədli

SƏRBƏST TOPLAŞMAĞA YER NİYƏ TAPILMIR?

Dəstək qrupunun müzakirəsində sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələlərə daha çox diqqət ayrıldı. Seçkilərə Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov sərbəst toplaşmaq azadlığının artıq 7 ildir ki, pozulduğunu və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 70-dən çox şikayət göndərildiyini bildirdi. Amma o vurğuladı ki, «Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı bir şikayət barədə Avropa Məhkəməsi indiyədək heç bir qərar qəbul etməyib».

Anar Məmmədli icra hakimiyyəti başçılarına ünvanlandırılan bir sualı dilə gətirdi:

«Niyə Bakı şəhərində hər şeyə yer tapılır? Məsələn, rallilər, velosiped yarışları keçirilir, paytaxtın mərkəzi küçələri günlərlə gediş-gəlişə qapadılır, ancaq bizə – bir qrup ictimai fəala, yaxud siyasi partiyaya yer ayrılmır?».

«RÜSTƏM İBRAHİMBƏYOV ÖLKƏYƏ GƏLƏ BİLƏRMİ?»

Çıxış yolu tapılması ilə bağlı fikir mübadiləsində jurnalist Şahvələd Çobanoğlunun təklifi diqqət çəkdi: Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu


«Niyə biz mitinqlər üçün aksiyalara çıxmayaq? Niyə biz plakatlarımızla mitinq yeri istəməyək? Milli Şurada prezidentliyə vahid namizəd məsələsi ortaya çıxıb. Suallardan biri odur ki, Rüstəm İbrahimbəyov ölkəyə gələ bilərmi? Niyə soruşmamalıyıq ki, Rüstəm İbrahimbəyov, Rəsul Quliyev niyə ölkəyə gələ bilmir?».

«Azad Seçki -2013» İctimai Dəstək Qrupunu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, İnsan Hüquqları Klubu və Demokratik Jurnalistlər Birliyi təsis edib. Qrupun Koordinasiya Şurasına bəzi başqa QHT-lər də qoşulub. Dəstək Qrupu seçki mühitinin azad və ədalətli olması məqsədilə tədbirlər keçirəcəyini, müxtəlif təkliflər irəli sürəcəyini açıqlayıb.

Şərhləri göstər

XS
SM
MD
LG