Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:32

Azərbaycan İtaliya hərbi təyyarələrinə maraq göstərir


-
Azərbaycan İtaliyanın istehsalı olan C-27J «Spartan» hərbi nəqliyyat və M-346 «Master» təlim-döyüş təyyarələrinə maraq göstərir.

Bu barədə Lent.az məlumat yayıb.

Məlumatda qeyd olunur ki, indiyədək Azərbaycanın hərbi nümayəndə heyəti bir neçə dəfə İtaliyanın «Alenia Aermacchi» şirkətinin test mərkəzində və İtaliya Hərbi Hava Qüvvələrində bu təyyarələrin sınaqlarında iştirak edib. Hər iki təyyarənin performansı yüksək qiymətləndirilib.

İtaliya şirkəti təyyarələrin Azərbaycana satışında problem görmür.

İtaliya bununla yanaşı hazırda Azərbaycanla müdafiə sahəsində bir sıra layihələr üzrə danışıqlar aparmaqdadır.

İtaliyalı aviasiya mütəxəssislərinin fikrincə, hər iki təyyarə Azərbaycanın hərbi aviasiya parkının modernləşdirilməsi proqramı çərçivəsində uçuş heyətinin Qərb standartlarına malik təyyarələri öyrənməsində vacib rol oynaya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG