Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:06
-
Freedom House Azərbaycanı Formalaşmış Avtoritar Rejimlər qrupuna aid edib. Keçid dövründəki ölkələr – 2013 adlı hesabatda deyilir ki, kütləvi toplaşma, ibadət azadlığı və QHT-lərin sərbəst fəaliyyətini əngəlləyən qanunların qəbulu üzündən Azərbaycan insan haqları və demokratiya quruculuğu yolundan sapıb. 2013-cü ildə Azərbaycan yenə də Formalaşmış Avtoritar Rejimlər qrupuna düşüb.

Bu qrupda Azərbaycanla yanaşı Rusiya, Tacikistan, Qazaxıstan, Belarus, Türkmənistan və Özbəkistan yer alır.

Hesabat müəllifi Sylvana Kolaczkowska:

“Azərbaycan Qafqazdakı qonşularından geri qalır. Azərbaycan artıq iqtiqamətini dəyişib, başqa yolla gedir. Azərbaycanda təkcə 2012-ci ildə yox, 2011-ci ildə də gördüyümüz, və indi də davam edən insan haqlarının boğulması bizi heyrətə gətirir”.

Freedom Hosunun hesabatına görə, Gürcüstan insan haqlarının durumuna görə Avtoritarizm və Demokratiya arasında Keçid dövründə olan hökumətlər siyahısına düşüb. Ermənistanda vəziyyət Azərbaycandan yaxşı, Gürcüstandan pisdir və bu ölkə Formalaşmaqda olan Avtoritar Rejimlər qrupundadır.

Azərbaycanın göstəriciləri - 2004-cü ildən bəri

Azərbaycanın göstəriciləri - 2004-cü ildən bəri



AZƏRBAYCANIN NƏTİCƏLƏRİ

Ümumilikdə hesabatda 29 ölkə araşdırılıb. Ölkələrdə demokratiyanın durumu 7 sahə üzrə qiymətləndirilir. Ən yaxşı bal 1, ən pis isə 7-dir. Hesabata görə, Azərbaycanda Demokratiya sahəsində vəziyyət 2004-cü ildən pisləşir. 2013-cü il üçün

Azərbaycanın ümumi nəticəsi - Demokratiya göstəricisi 6.64 baldır.

SEÇKİ PROSESİ - 7.00

Freedom House yazır ki, 1995-ci ildən bəri Azərbaycandakı bütün seçkilər saxtakarlıq və pozuntularla yadda qalıb. 2013-cü ilin prezident seçkilərində də vəziyyətin eyni cür qalacağı görünür.

VƏTƏNDAŞ CƏMİYYƏTİ - 6.25

Ötən il Azərbaycanda özünü ifadə, toplaşmaq, birləşmək azadlığı daha da boğulub. Dinc aksiyalar dağıdılıb, parlament icazəsiz aksiyalarda iştiraka görə cəzaları artırıb, rejimin əleyhdarlarına qarşı saxta ittihamla inayət işlərinin açılması davam edib, heç bir demokratik islahat və əsl siyasi debat üçün şərait yaratmaq niyyəti sezilmir.

MEDİA AZADLIĞI - 6.75

Rejimin davamlı və sistematik olaraq müstəqil yayımçıları, mətbuatı və onlayn medianı susdurmaq siyasəti nəticəsində ölkədə ictimai müzakirələr susdurulub. Ötən il mediaya qarşı hücumlar artıq fiziki müdaxilələrə və qaryaxma kampaniyalarına qədər uzanıb.

İDARƏETMƏ - MİLLİ 6.75, YERLİ 6.50

Azərbaycan konstitusiya yerli özünüidarə hüququ tanısa da, resursları və səlahiyyətləri olmadığından reallıqda bələdiyyələr ancaq icra hakimiyyətlərinin bir qolu kimi fəaliyyət göstərə bilirlər. 2012-ci ildə İlham Əliyevin imzaladığı yerli sərəncamla dövlət məmurları və qurumlarının səlahiyyətləri o qədər genişləndirlib ki, bu artıq Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasını da pozur.

ƏDLİYYƏ - 6.50

2012-ci ildə məhkəmə sistemi rejimin siyasi istəklərini həyata keçirmək üçün vasitə olmaqda davam edib. Hakimlərin seçilməsindən tutmuş, məhkəmələrin sifarişli qərarlar verməsi və korrupsiyalaşmasına qədər çoxlu pozuntular qalır.

KORRUPSİYA - 6.75

Azərbaycan davaMlı olaraq ən çox korrupsiyaya uğrayan ölkələr arasında yer alır. Media və məhkəmə hakimiyyəti birbaşa olaraq hakim rejimə tabe olduğundan korrupsiya faktlarına görə, yeksək səviyyəli məmurlar məsuliyyətə cəlb olunmur. 2012-ci ildə xarici mətbuatda prezident İlham Əliyev və ailəsinin ölkədə bir çox şirkətlər, inhisarlar vƏ iqtisadiyyatın əsas sektorlarına sahib olması sübut ediləndən sonra yeni qanunlar qəbul edilib və kimin nəyə sahib olması haqda informasiyalar gizlədilir. Parlament seçkilərində deputat mandatlarının satılması haqda videolar yayılsa da, bununla bağlı da qalmaqal həllini tapmayıb.

2013-CÜ İL ÜÇÜN GÖZLƏNTİLƏR

Freedom Housun fikrincə, ölkədəki rejimin mahiyyətinə əsasən indidən demək olar ki, 2013-cü ilin prezident seçkilərində İlham Əliyevin yenidən hakimiyyətdə qalacaq. Ancaq rejimin legitimliyi getdikcə daha çox suallar doğuracaq. Ölkənin neft gəlirlərindən asılılığı azalmır, əmək haqları və pensiyalar ən aşağı səviyyədədir və minimum ehtiyacları ödəmir. Müxalifət seçkidən öncə birləşmək cəhdləri sayəsində ictimai narazılıq da artacaq.

Keçid Dövründəki Ölkələr - interaktiv xəritə və hesabat

Keçid Dövründəki Ölkələr - interaktiv xəritə və hesabat

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG