Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:38

Əfqanıstan ordusu ölkəyə nəzarəti üzərinə götürüb


Hamid Karzai və Anders Fogh Rasmussen

Hamid Karzai və Anders Fogh Rasmussen

Əfqanıstan ordusu ölkyə nəzarəti tam üzərinə götürüb.

Bunu ölkə prezidenti Hamid Karzai bəyan edib.O Milli Medafiə Universitetində keçirilən mərasimdə çıxış edərkən bunu alqışlayıb və bunun onun ən böyük arzularından biri olduğunu deyib.

Karzai həmçinin regionda sülh və sabitliyə nail olmaq üçün Pakistanı müsbət əməkdaşlığa çağırıb.

Reuters agentliyi isə bu arada adı çəkilməyən əfqanıstanlı diplomata istinadla xəbər verir ki, Taliban bu gün Qətərdə rəsmi ofis açmağı planlaşdırır. Məsələyə münasibət bildirən Hamid Qətərə nümayəndə heyəti göndərəcəyini bildirib. Amma o qeyd edib ki, bu danışıqlar sonradan Əfqanıstana keçirilməlidir.

Əfqanıstandakı beynəlxalq qüvvələr gələn ilin sonunadək ölkəni tərk etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG