Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:06

Bakıda Musiqi bayramı olacaq


Foto: Arxiv
Foto: Arxiv
-
İyunun 21-i saat 19:00-dan 22:00-dək İçərişəhərdə, Kiçik Qala küçəsində, (giriş Qoşa Qala Qapısından) Yeni Park-da möhtəşəm konsert təşkil olunacaq.

Xəbəri AzadlıqRadiosuna konsertin təşkilatçıları verib.

Azərbaycanda Fransız İnstitutunun təşəbbüsüylə və İçərişəhər Dövlət Qoruğunun dəstəyilə keçiriləcək konsert fransızların Musiqi Bayramına (La Fête de la Musique) həsr olunacaq.

Xəbərdə bildirilir ki, Azərbaycanın çoxsaylı gənc həvəskar musiqi qrupları bu konsertdə çıxış etmək şansı əldə edəcəklər.

Artıq otuz ildir ki, fransızlar hər il bu günü musiqi görüşləri ilə qeyd edir və Fransadan başqa dünyanın 110 ölkəsində də Musiqi Bayramı qeyd olunur.

Bu Bayramın əsas qayəsi, həvəskar və ya peşəkar musiqiçilərə səhnədə çıxış etmək fürsəti verməkdir.

Proqramda hər janrda-- alternativ rok, folk, rep, flamenko və s. janrlarda musiqi səslənəcək.

Bu açıq hava konsertinin məqsədi hamıda bayram əhval-ruhiyyəsi yaratmaqdır.

Giriş pulsuzdur.

Təşkilatçılar bütün bakılıları və şəhərin qonaqlarını konsertdə görmək istəyirlər.
XS
SM
MD
LG