Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:43

Elçibəyin Bakını tərk etməsindən 20 il ötür


Heydər Əliyev və Əbülfəz Elçibəy

Heydər Əliyev və Əbülfəz Elçibəy

-

1993-cü il iyunun 17-dən 18-nə keçən gecə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy Bakını tərk edərək, doğulduğu Ordubadın Kələki kəndinə gedib. Təqribən bundan 2 həftə öncə - iyunun 4-də Gəncədə korpus komandiri, polkovnik Surət Huseynov dövlət əleyhinə qiyam qaldırmışdı.

Bu qiyamdan sonra Əbülfəz Elçibəy barışıq yaratmaq məqsədi ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib. O, iyunun 15-də Azərbaycan parlamentinin sədri seçilib. Bundan sonra Gəncəyə gedən Heydər Əliyev qiyamçıların tələbini Bakıya çatdırmışdı. İyunun 17-dən 18-nə keçən gecə isə Əbülfəz Elçibəy komanda üzvləri arasında heç bir məsləhətləşmə aparmadan, səlahiyyətlərini heç kimə vermədən paytaxtı tərk edib.

Avqust 24-də parlament onun prezidentlik səlahiyyətini əlindən alıb. Oktyabrın 3-də Heydər Əliyev prezident seçilib. Buna qədər prezident səlahiyyətlərini icra edən Heydər Əliyev qiyamçı polkovnik Surət Hüseynovu baş nazir təyin edib.

Əbülfəz Elçibəy 4 il sonra, rəsmən prezidentlik müddəti başa çatdıqdan sonra Bakıya qayıdıb. 2000-ci ildə 62 yaşında, xərçəng xəstəliyindən vəfat edib.

O, 1992-ci il iyunun 7-də prezident seçilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG