Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:09

Gezi Parkı ilə bağlı 90-a yaxın adam saxlanıb



İyunun 18-də səhər saatlarında İstanbulun Terrorla Mübarizə şöbəsinin əməkdaşları Gezi Parkı hadisələri ilə bağlı bəzi ünvanlarda əməliyyat keçiriblər.

Türkiyə mediasının məlumatına görə, əməliyyat zamanı 90-a yaxın adamın saxlandığı, saxlananlardan 3 tapança tapıldığı bildirilir.

İstanbulun Taksim meydanı və Gəzi parkında yenidənqurma işləri zamanı ağacların kəsilməsinə etiraz olaraq mayın 31-də İstanbulda aksiya başlayıb. Az sonra aksiya paytaxt Ankara da daxil olmaqla, ölkənin digər şəhərlərinə yayılıb.

Polis aksiyaları dağıdarkən gözyaşardıcı qaz, bibər qazı və sudan istifadə edib. İndiyədək azı 4 adamın öldüyü bildirilir.
XS
SM
MD
LG