Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:03

Bakıda Ombudsmanların Beynəlxalq Konfransı keçirilir



İyunun 18-də Bakıda Ombudsmanların XI Bakı Beynəlxalq Konfransı keçirilir. Konfrans
«Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu» mövzusuna həsr olunub.

APA-nın xəbərinə görə, UNESCO-nun dəstəyi ilə təşkil olunan beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 10-dan artıq ölkəsindən 20-dən çox Ombudsman və onların nümayəndələri, o cümlədən Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Pakistan, Rusiya və subyektlərinin, habelə Moldova, Gürcüstan, Estoniya və digər ölkələrin təmsilçiləri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər.

İyunun 20-dək davam edəcək konfransda 18 may-18 iyun tarixlərində respublikada keçirilən ənənəvi «İnsan hüquqları» aylığının nəticələrinə yekun vurulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG