Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq qapısı» - 12.06.2013

Naxçıvanı nəzərdən qoruyan Duzdağı

Xalq arasında yayılmış bəzi əfsanələrə görə, Duzdağda ilk dəfə duzu Nuh peyğəmbər çıxarıb. Elə bu yerin sakinlərinə də duzçıxarma peşəsi məhz onun tərəfindən öyrədilib. Duzdağda aparılan araşdırmalar isə göstərir ki, burada mədənçiliyin tarixi Eneolit dövründən başlayır. Eramızdan əvvəl dördüncü minillikdə isə burada duzçıxarma mədənçiliyi daha geniş vüsət alıb. Təsərrüfatda istifadə olunmaqla yanaşı, zaman keçdikcə duz ətraf ərazilərdə yaşayan tayfalarla mübadilə prosesində istifadə olunub. Sonra isə duz ticarət məqsədi ilə buradan daha uzaq ərazilərə daşınıb. Tarix üzrə fəlsəfə doktoru El¬brus İsayev «Böyük İpək Yolu və Naxçıvan» kitabında hələ qədim dövrlərdən başlayaraq karvan yolları ilə daşınan məhsullar içərisində duzun xüsusi yer tutduğunu qeyd edir.

Tarixi tədqiqatlar göstərir ki, bu sirli ərazidən əsrlər boyunca davamlı olaraq duz çıxarılıb. Bu gün də Duzdağdakı mağaraların divarlarında qalan və ən qədim yurddaşlarımızın hesab və say sistemləri ilə bağlı anlayışlarından xəbər verən işarələr, şaxtalardan birinin Səfəvi şahı Şah Abbasın adını daşıması Duzdağın Antik dövrdə və orta əsrlərdə də öz məşhurluğunu, möhtəşəmliyini saxladığının göstəricisidir.

…Burda su deyil, duz axır sanki və ona toxunduqda başa düşürsən ki, bu duz nə vaxtsa axıb, amma indi axmır, donub. Kim bilir, bəlkə də, Naxçıvanın tarixinin ən ağrılı, ən kəşməkəşli zamanlarında bu diyar üçün axan göz yaşlarının rəmzidir bu duz çayları. İndi quruyub. Duzdağ indi insanlığa gülümsəyir. Daha ağlamır. Naxçıvanın tərəqqisini, inkişafını görüb göz yaşlarını silib. Bu mənada Duzdağı rəmzi mənada bir Anaya da bənzətmək olar. Ya da Naxçıvan adlı ananın gözlərinə!

Bir kənddə dörd quruculuq ünvanı

…Obyektdə hörgü işləri, əsasən, başa çatdırılıb, qapı-pəncərələrin salınmasına, suvaq işlərinin görülməsinə başlanılıb. Yeni səhiyyə ocağının maddi-texniki bazası gücləndiriləcək, burada müasir tibbi avadanlıqlar quraşdırılacaq.

Daha bir obyekt 1008 şagird yerlik kənd tam orta məktəbi üçün nəzərdə tutulub. Qeyd edək ki, yaradılan şərait hesabına qısa müddət ərzində köhnə məktəb binasında bəzi yardımçı tikililər, dam örtüyü, arakəsmələr sökülüb, qapı-pəncərələr çıxarılıb, binaya bir korpus da əlavə edilib, daha bir mərtəbə ucaldılıb. Yeni məktəb binasında 55 sinif otağı, 3 laboratoriya, 3 elektron lövhəli sinif, 3 kompyuter, direktor və müəllimlər otaqları, kitabxana, idman zalı kollektivin ixtiyarına veriləcək.

Xidmət mərkəzinin binasında isə son tamamlama işləri görülür. Burada ərzaq, sənaye və tikinti materialları mağazaları, qadın gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı yaradılacaqdır.

Bütün obyektlər tikinti materialları ilə vaxtlı-vaxtında təmin olunur. Bu da inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verir.
XS
SM
MD
LG