Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:21

Çexiyanın baş naziri rüşvət və izləmə qalmaqalına görə istefa verib


Çexiyanın baş naziri Petr Necas yaxın köməkçisinin korrupsiya və casusluq qalmaqalına görə istefa verib.

Prokurorlar cümə günü baş nazirin icra aparatının başçısı Jana Nagyovanı hərbi kəşfiyyata qanunsuz əmr verərək vətəndaşları izləməkdə, o cümlədən Necasın boşanmaqda olduğu xanımını izləməkdə ittiham etdilər.

O həmçinin parlament deputatalarına keçən rüşvət verməkdə ittiham olunur. Rüşvətin müqabilində onlar Necasa rəqib olmaqdan imtina etməli idilər.

Necas hökumətinin 7 rəsmisi korrupsiyada ittiham olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG