Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:26

Jurnalist Mehman Hüseynovu ölkədən buraxmadılar


Mehman Hüseynov
Mehman Hüseynov
-


RATİ-nin əməkdaşı Mehman Hüseynov H. Əliyev adına hava limanında insidentlə üzləşib. Facebook hesabında yazdığı məlumata görə, iyulun 17-də Norveçə uçmaq üçün aeroporta gəlib və burda pasport yoxlanmasından keçə bilməyib:

«Pasportumu təqdim edəndən az sonra sərhəd işçiləri dedilər ki, sənin polislə problemin var?».

M. Hüseynovun dediyinə görə, sərhədçilər onu hava limanının nəqliyyat polisinə, ordan isə Bakının Səbail rayonun polis idarəsinə göndəriblər.

Nəqliyyat Polisindən AzadlıqRadiosuna faktı təsdiqləyiblər, bildiriblər ki, onların vəzifəsi axtarılan şəxsi aidiyyatı polis idarəsinə təhvil verməkdir.

Ötən il Mehman Hüseynov barəsində CM-nin 221.2.2-ci maddəsi üzrə cinayət işi açılmışdı.

Daxili İşlər Nazirliyi bildirmişdi ki, 2012-ci il mayın 21-də İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış aksiya keçirərkən, Mehman Hüseynov polis əməkdaşlarına müqavimət göstərib.

RATİ-nin əməkdaşı bu ittihamları rədd edərək, ona qarşı açılan cinayət işinin siyasi motivli olduğunu bildirmişdi. Ötən il oktyabrın 12-də isə ona ölkədən çıxmağa rəsmən icazə verilmişdi.

Bir neçə ay öncə Almaniyanın «Zite-Ştivtunq» və Norveçin «Azad söz» fondları Mehman Hüseynovu Gerd Buserius adına mükafatına layiq görüb. O, bu mükafatı almaq üçün Norveçə gedirdi.
XS
SM
MD
LG