Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:45

TQDK növbəti buraxılış imtahanlarını keçirir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 17-də 9 və 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirir.

İmtahanlar Xızı, Şamaxı, Qobustan, Mingəçevir, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Ağsu, Şirvan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının bütün orta ümumtəhsil müəssisələrini əhatə edir.

TQDK-nın rəsmi saytında verilən məlumata görə, tədris ingilis və gürcü dillərində olan orta məktəblərin buraxılış siniflərinin şagirdləri yalnız riyaziyyat fənnindən imtahan verəcəklər.

İmtahanda 21 mindən çox IX, 15 mindən artıq XI sinif şagirdinin iştirakı nəzərdə tutulub.
XS
SM
MD
LG